Azərbaycan millisi Özbəkistanla yoxlama oyununa zəifləmiş heyətlə çıxacaq. Apasport.az saytının məlumatına görə, Berti Foqts avqustun 20-də baş tutacaq qarşılaşmada “Neftçi” və “Qarabağ”ın futbolçularından yararlana bilməyəcək.
Buna səbəb avrokubokların III təsnifat mərhələsinin nəticələridi.
Hər iki təmsilçimiz Avropa Liqasının pley-off mərhələsində oynayacağından, onların millinin matçında iştirakı mümkünsüzdü.
Çünki bu raundun ilk qarşılaşmaları avqustun 21-də baş tutacaq. Yığmamız isə bundan bir gün əvvəl oynayacaq. Hər hansı futbolçunun ardıcıl iki gün meydana çıxması isə heç inandırıcı görünmür.
Qeyd edək ki, “Qarabağ”dan Rəşad Sadıqov, Qara Qarayev, Maksim Medvedev, Bədavi Hüseynov, Vüqar Nadirov, “Neftçi”dən isə Araz Abdullayev, Elvin Yunuszadə, Ruslan Qurbanov yığmaya çağırılır.