Əvəzedicilərin çempionatında XVII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə iki qarşılaşma baş tutub.
Bu qarşılaşmalar lider dəyişikliyi ilə nəticələnib. AZAL-a 3:1 hesabı ilə qalib gələn “Neftçi” turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib. Bakılılar “Qəbələ”ni şəxsi oyunların nəticələrinə görə arxada qoyub.
Digər oyunda da meydan sahibləri 3 xalı 3 qolla qazanıb. “Xəzər Lənkəran” öz meydanında “Kəpəz”i böyük hesabla məğlub edib – 3:0.
Əvəzedicilərin çempionatı
XVII tur
16 dekabr
“Xəzər Lənkəran” – “Kəpəz” – 3:0
Namiq Qocayev, 7; Nurlan Fərəcli, 66; Fərid Əsədov, 70
“Neftçi” – AZAL – 3:1
Mirabdulla Abbasov, 29; Nurxan Mənsimzadə, 66, 73 // Cavid Hümbətli, 90+1
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Neftçi |
17 |
10 |
3 |
4 |
46-26 |
33 |
|
2 |
Qəbələ |
17 |
11 |
0 |
6 |
38-20 |
33 |
|
3 |
Sumqayıt |
17 |
8 |
6 |
3 |
37-20 |
30 |
|
4 |
Kəpəz |
17 |
8 |
3 |
6 |
19-21 |
27 |
|
5 |
Rəvan |
17 |
8 |
1 |
8 |
27-23 |
25 |
|
6 |
Qarabağ |
17 |
6 |
6 |
5 |
21-17 |
24 |
|
7 |
Zirə |
17 |
6 |
5 |
6 |
19-29 |
23 |
|
8 |
Xəzər Lənkəran |
17 |
6 |
1 |
10 |
25-38 |
19 |
|
9 |
İnter |
17 |
5 |
3 |
9 |
27-37 |
18 |
|
10 |
AZAL |
17 |
2 |
2 |
13 |
17-45 |
8 |
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır