“Neftçi”də 3-cü qapıçı
22.08.2015 - 09:07
“Neftçi”nin Topaz Premyer Liqası və Azərbaycan kuboku üçün iştirak ərizəsində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi daha bir futbolçunu sifariş edib.
Bu, slovakiyalı qapıçı Miçal Peskoviçdi. 23 yaşlı qolkiperlə bir müddət anlaşan “ağ-qaralar” onun keçidini Peşəkar Futbol Liqasında sifariş etməklə də rəsmiləşdirib.
Qapıçı “Neftçi”də 24 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, bakılıların iştirak ərizəsində daha iki qapıçı – Aqil Məmmədov və Maksim Vaylo da var.
0
0