“Neftçi”də 5 yeni imza
13.06.2014 - 15:48
“Neftçi”də 5 yeni imza

“Neftçi” daha 5 futbolçusu ilə müqaviləsini yeniləyib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-qaralar” Cavid İmamverdiyevin ardınca Fəhmin Muradbəyli, Orxan Qurbanlı, Aqşin Qurbanlı, Mirabdulla Abbasov və Cavid Muxtarzadə ilə də anlaşmanın müddətini artırıb.

 

Bu futbolçuların 5-i də növbəti 5 ildə “Neftçi”nin şərəfini qoruyacaq.