[b]"Azərbaycanda çempionat aşağı səviyyədə, meydanlar pis gündə idi"[/b]
22.09.2014 - 08:12
[b]"Azərbaycanda çempionat aşağı səviyyədə, meydanlar pis gündə idi"[/b]

“Mən də eyni komandada uzun müddət qalmaq istəyirdim. Amma alınmırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Marian Aliuta deyib.

 

Karyerası boyu klubları tez-tez dəyişməsi ilə diqqət çəkən Rumıniya millisinin sabiq üzvü bu addımının səbəbini açıqlayıb. 2000-2002-ci illərdə Ukrayna “Şaxtyor”unda da çıxış edən 36 yaşlı yarımmüdafiəçi bu ölkənin mətbuatına müsahibəsində Azərbaycanda oynadığı dövrü də xatırlayıb: “Həmin klubda pul problemi yaranırdı. Maliyyə bitirdi. Vəd etdikləri kimi olmurdu. Azərbaycanda isə tam əksi oldu. Pulla bağlı hər şey qaydasında idi, futbol isə o qədər də yox. Azərbaycanda çempionat aşağı səviyyədə, meydanlar pis gündə idi. “Neftçi”də olanda süni örtüklü meydanlarda oynamaq çətin idi. Belim ağrıyırdı. Elə bundan sonra da düz-əməlli oynamadım”.

 

Qeyd edək ki, Aliuta “Neftçi”də 2009-10-cu illərdə çıxış edib.