“Neftçi”nin baş məşqçisi dəyişdi
27.03.2014 - 09:30
“Neftçi”nin baş məşqçisi dəyişdi

 

“Neftçi” klubunda baş məşqçi dəyişikliyi reallaşıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əvəzedici heyətə yeni rəhbər təyin olunub.

Belə ki, Asim İbrahimovu Elşad Əhmədov əvəzləyib.

 

Qeyd edək ki, Əhmədov “Neftçi” üçün yad sima deyil. O, 2011/12 və 2012/13 mövsümlərində paytaxt təmsilçinin əvəzedici komandasına rəhbərlik edib. “Neftçi” ötən ilin iyun ayında müqaviləsinin müddəti başa çatan Əhmədovla yeni sözləşmə imzalamamağı məqsədəuyğun saymışdı.