Avstriyada təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin yoxlama görüşü keçirəcəyi daha bir rəqibin adına aydınlıq gəlib. Apasport.az xəbər verir ki, “ağ-qaralar” Çexiyanın “Prjibram” klubu ilə qarşılaşacaqlar.
Bu klub ötən mövsüm Çexiya çempionatını 4-cü yerdə bitirib. Komandalar arasındakı oyun iyulun 9-da keçiriləcək.
Qeyd edək ki, Böyükağa Hacıyevin komandası bundan öncə Avstriyada 3 yoxlama görüşü keçirib. İlk matçda Kiyev “Dinamo”su (2:2) ilə bərabərliyə imza atan “Neftçi” sonra ardıcıl olaraq Rumıniyanın “Botoşan” (0:3) və Almaniyanın “Dinamo” (Drezden) klublarına (1:2) məğlub olub