“Neftçi”nin futbolçuları əlbəyaxa oldular
02.05.2014 - 18:13
Topaz Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” matçından sonra dava düşüb. Apasport.az saytının “Bakcell Arena”da keçirilən görüşü izləyən əməkdaşının məlumatına görə, “Neftçi”nin futbolçuları 1:2 hesablı yenilginin acığını bir-birindən çıxıblar.
Belə ki, “Neftçi”nin sabiq kapitanı Rəşad Sadiqov braziliyalı komanda yoldaşı Karlos Kardoso ilə dalaşıb. Sadiqov buraxılan son topda Kardosonu günahkar bildiyindən, tərəflər arasında əlbəyaxa dava düşüb.
0
0