“Neftçi”nin keçmiş futbolçusu Premyer Liqa klubundan qovuldu
24.12.2015 - 23:50
“Neftçi”nin keçmiş futbolçusu Premyer Liqa klubundan qovuldu

“Neftçi”dən ayrıldıqdan sonra “Krılya Sovetov”la anlaşan Nikolas Kanalesin Rusiya Premyer Liqasındakı karyerası uzun çəkməyib. Apasport.az saytının məlumatına görə, çilili hücumçu ona bəslənən ümidləri doğrultmadığı üçün komandadan göndərilib.

 

Bu barədə rus mətbuatına Samara klubunun seleksiyaçı meneceri Maksim Lyapin açıqlama verib.

 

“Kanaleslə anlaşmamız çox spontan alınmışdı. O ərəfədə bütün hücumçularımız zədəli idilər və biz çilili hücumçu ilə anlaşaraq, ümidlərimizi ona bağlamışdıq. Ancaq o, gözləniləni verə bilmədi. Ona görə də bu qış fasiləsində komandamızı tərk edəcək və ona heç bir konpensasiya ödənməyəcək” – deyə Lyapin bildirib.