“Neftçi”nin məşqçisi 20 oyunluq cəzalandırıldı
05.05.2014 - 15:39
AFFA İntizam Komitəsi (İK) U-13 liqası ilə bağlı kəskin qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, bu qərar həm də unikallığı ilə seçilir.
Belə ki, cəzaya meydanda olanlar deyil, 3-cü tərəfin nümayəndəsi məhkum edilib. Mayın 2-də “İnter”lə “Qəbələ” arasında keçirilən görüş başa çatdıqdan sonra “Neftçi” İSM-in baş məşqçisi Elçin Ağayev hakimə fiziki təsir göstərib. Bunun nəticəsi olaraq, İK çalışdırıcını 20 oyunluq cəzalandırıb.
0
0