[b]“Neftçi”nin oyunu təxirə salındı[/b]
22.02.2018 - 18:47
Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında bir oyun təxirə salınıb. Apasport.az saytı Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, XVII tur çərçivəsində keçirilməli olan “FK.İD.Futsal” – “Neftçi” İK oyunu fevralın 24-də baş tutmayacaq.
Qarşılaşma qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb “FK.İD.Futsal” komandasının oyunçularının səhhətində problem yaranmasıdı.
Qeyd edək ki, cari mövsümdə ilk təxirəsalma XV turda baş verib. “Neftçi” İK – “Yasamal” İK matçı da qeyri-müəyyən vaxta təxirə salınıb.
0
0