“Neftçi” üçün belaruslu gəlir
14.07.2014 - 14:14
“Neftçi” üçün belaruslu gəlir

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” (Azərbaycan) – “Koper” (Sloveniya) oyununu belaruslu hakimlər idarə edəcək. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın baş hakimi Denis Şerbakov olacaq.

 

Ona həmyerlilərindən ibarət briqada kömək edəcək. Bu oyun iyulun 17-də Bakıdakı “Bakcell Arena”da baş tutacaq.

 

Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq.