“Neftçi”nin oyununda ən azı 10 min azarkeş olacaq”
16.07.2014 - 14:50
“Neftçi”nin oyununda ən azı 10 min azarkeş olacaq”

“Bilirəm ki, “Neftçi” ilə səfər oyununda stadionda ən azı 10 min azarkeşi olacaq. Hava da 30 dərəcəyə qədər isti ola bilər. Bütün bunların bizə problem yaratması mümkündür”. Apasport.az xəbər verir ki, bu sözləri sabah Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə üz-üzə gələcək Sloveniyanın “Koper” klubunun müdafiəçisi Miha Blajiç deyib.

 

Balkanlıların 21 yaşlı futbolçusu səfərdə heç-heçənin onlar üçün yaxşı nəticə sayılacağını bildirib: “Düşünürəm ki, rəqibimiz doğma azarkeşləri qarşısında daha yaxşı oynayacaq. Daha istəkli olacaqlar və evdə özləri üçün sərfəli nəticə qazanmağa çalışacaqlar. Azərbaycana adaptasiya olmaq bizim üçün problem ola bilər. Məncə, biz səfərdə “Neftçi” ilə bərabərliyə imza ata bilsək, yaxşı nəticə sayılacaq”.