“Neftçi”nin rəqibi hücumçu transfer etdi
22.07.2014 - 10:03
“Neftçi”nin rəqibi hücumçu transfer etdi

“Neftçi”nin Avropa Liqasındakı rəqibi “Koper” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Sloveniya təmsilçisi xorvatiyalı Ante Mitroviçi sıralarına qatıb.

 

26 yaşlı hücumçu ilə “1+1il” prinsipi ilə müqavilə imzalanıb. “Zaqreb” klubundan gələn futbolçu komandası mərhələ adlasa, III təsnifat mərhələsində “Koper”ə kömək edəcək. Çünki Mitroviç “Neftçi” ilə cavab oyununda forma geyə bilməyəcək.

 

Qeyd edək ki, sloveniyalılar səfərdə “Neftçi”yə 2:1 hesabı ilə qalib gəlib.