Fransa millisinin baş məşqçisi Didye Deşam yenidən Samir Nəsri mövzusuna qayıdıb. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis ərəb əsilli oyunçunu Braziliyaya aparmadığından peşman olmadığını vurğulayıb.
“Mançester Siti”nin hücumçusu ötən mövsüm bütün turnirlərdə 46 oyun keçirib, 11 qol vurub və 11 məhsuldar ötürmə edərək komandasının çempion olmasında önəmli rol oynayıb. Amma yekunda Braziliyaya aparılmayıb.
Deşam Nəsrinin bütün oyunlarına baxdığını qeyd edib: “O, öz klubu üçün çox faydalıdır. Elə yığmanın tərkibində də pis nəticə göstərməyib. Baş məşqçi olaraq mən mürəkkəb qərarlar qəbul etmək məcburiyyətində qalıram. İdman faktoru çox vacibdir. Amma yeganə faktor deyil. Mən Nəsrini milliyə çağırmadığıma görə peşman deyiləm. Mən qərar qəbul etmişəm və yolumuza davam edirik”.