“Belə turnirlərdə ilk oyun hər zaman çətin keçir. Çünki rəqibinin necə oynayacağını bilmirsən. Xüsusilə, birinci oyunda meydan sahibi ilə qarşılaşmaq ikiqat çətin olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının baş məşqçisi Oleq Kuznetsov deyib.
O, AVRO-2016-nın seçmə mərhələsinin Bakıda keçirilən V qrupunun oyunları çərçivəsində Azərbaycan millisi ilə keçirilən qarşılaşma haqda fikirlərini açıqlayıb. Kuznetsov 4:0 hesabı ilə qalib gələn yetirmələrindən razı qalmadığını bildirib: “4:0 hesabı ilə qalib gəlsək də, oyunumuzdan razı qalmadım. Birinci hissədə futbolçular həyəcanlı idi. Açığı, Azərbaycan yığması bu hesabla uduzmağa layiq deyildi. Nəticə oyuna görə olmadı. Sadəcə, rəqibimiz birinci qolu buraxdıqdan sonra hücuma çox aludə olduğundan, müdafiədə boşluqlar verdi və biz də bundan istifadə etdik. İndidən hansı komandanın mərhələ adlayacağını proqnozlaşdırmaq mümkün deyil. Məğlub olmasına baxmayaraq, Azərbaycan millisinin də elit-raunda yüksəlmək şansı var”.
Mənbə: affa.az
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI