“Oğuz Çətin mənə zəng vuranda, özümü itirdim”
03.07.2014 - 14:29
“Oğuz Çətin mənə zəng vuranda, özümü itirdim”

“Oğuz Çətin mənə zəng vuranda, özümü itirdim. Çünki Fatih Terimin məni milli komandada görmək istədiyini dedi”. Apasport.az xəbər verir ki, bunu Türkiyə mətbuatına açıqlamasında “Fənərbaxça” və “Beşiktaş” klublarının sabiq futbolçusu Mehmet Aurelio deyib.

 

Braziliyalı ulduz Türkiyə yığmasından dəvət almasından danışıb: “O zamanlar çox yaxşı formada idim deyə, Fatih Terim məni milliyə dəvət etdi. Sonra Oğuz Çətin zəng etmişdi. Çox sevindim. Əlbəttə ki, Türkiyə mənim ikinci vətənimdir. Hər zaman oraları xatırlayıram”.