“Olimpik” ölkəmizə gələsi olmadı
02.05.2014 - 10:21
“Olimpik” ölkəmizə gələsi olmadı

III Qəbələ Kuboku Beynəlxalq Futbol Turnirinin iştirakçı siyahısında dəyişiklik baş verib. Apasport.az “Qəbələ”nin rəsmi saytına istinadən xəbər verir ki, Fransa təmsilçisi Marsel “Olimpik”i turnirdə iştirak etməyəcək. Yaxın günlərdə fransızları əvəzləyəcək komandanın adına aydınlıq gələcək.

 

Qeyd edək ki, III Qəbələ Kubokunda meydan sahiblərindən başqa, “Neftçi”, Moskva “Lokomotiv”i, “Anderlext”, “Liverpul”, “Fənərbaxça” və “Udineze” iştirak edəcək.