Mayın 29-dan iyunun 1-dək 15 yaşadək futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kubokunun son iştirakçısı bəlli olub. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, daha öncə turnirdə iştirakını təsdiqləyən, lakin sonradan texniki səbəblərə görə bura gələsi olmayan “Olimpik”i (Marsel, Fransa) Avstriya “Rapid”i əvəzləyəcək.
Bununla, turnirdə mübarizə aparacaq bütün komandalar müəyyənləşib. "Qəbələ" ilə yanaşı, “Rapid”, “Fənərbaxça” (Türkiyə), “Lokomotiv” (Moskva, Rusiya), “Liverpul” (İngiltərə), “Anderlext” (Belçika), “Neftçi” (Azərbaycan) və “Udineze” (İtaliya) turnirdə yer alacağını rəsmən təsdiqləyib.
III Qəbələ Kubokunun son iştirakçısı bəlli oldu
06.05.2014 - 09:11
0
0