“Ona deyiblər ki, Azərbaycan çempionatından səni milliyə çağırmayacaqlar”
29.01.2015 - 14:43
“Ona deyiblər ki, Azərbaycan çempionatından səni milliyə çağırmayacaqlar”

“Ukrayna Premyer Liqasına qiymətləndirməmək olmaz. Nə qədər böhran olsa da, çempionatın müəyyən səviyyəsi var”. Apasport.az saytının məlumatına görə, bu sözləri ukraynalı futbol agenti İqor Perun deyib.

 

Müştərisi olan kamerunlu Adolf Teykunun Odessa təmsilçisi “Çernomorets”dən getmək perspektivinə aydınlıq gətirən Perun Qazaxıstandan təklif alan futbolçunun bu ölkəyə getməsinin milli karyerasına zərbə olacağını bildirib.

 

Onun fikrincə, Teykuya təkcə bu ölkəyə deyil, Azərbaycana da gəlməməyi tövsiyə ediblər: “Yoxsa ki, Qazaxıstan çempionatı kimə maraqlıdı axı? Teykunu ötən ilin noyabrında milli komandaya dəvət etdilər. Futbolçu Kamerunda olan vaxt orada durumunu müzakirə edib. Ona aydın şəkildə deyiblər ki, Qazaxıstan və Azərbaycan çempionatlarından milliyə çağırmayacaqlar. Adolfun 30 yaşı olsaydı, şərqi ölkələrin klublarından birinə keçərdi. Amma onun hələ 24 yaşı var”.

 

Qeyd edək ki, ki, “Çernomorets”də Teykunun baş məşqçisi olan Roman Qriqorçuk və komandanın 4 futbolçusu bu qış “Qəbələ”yə keçib.