“Azərbaycanla oyuna bəzi yeni futbolçular çağırmışam. Onların oyunlarını izləyib bəyəndiyim üçün “23-lük”də yer verdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Özbəkistan millisinin baş məşqçisi Mircəlal Kasımov deyib.
Azərbaycanla avqustun 20-də keçiriləcək yoxlama oyunu üçün 23 nəfərlik heyəti açıqlayan mütəxəssis seçiminə qısa şərh verib: “Avqustun 20-dəki oyuna matçdan iki gün əvvəl yollanacağıq. Bunadək Daşkənddəki iki günlük hazırlıq keçəcəyik. Buna səbəb avqustun 15-də ölkə çempionatının oyunlarının keçirilməsidir. Qarşıdakı matç yoxlama oyunudur. Bu görüşdə əsas məqsəd futbolçuları sınamaqdır. Lakin futbolda hər şey ola bilər. Bu üzdən səliqəli oynamalıyıq ki, heç kim zədələnməsin. Ümid edirik ki, zədələnən olmayacaq və futbolçularımız özlərini yaxşı tərəfdən göstərəcək”.