Bir müddət öncə "Çelsi"dən istefaya göndərilən Joze Mourinyonu əvəzləyən Quus Hiddink mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis geri qayıtdığına görə şad olduğunu deyib:
"Nəzəri cəhətdən burda olmamalıydım. Burdayamsa, deməli nə isə planlaşdırıldığı kimi getməyib. Ancaq buna baxmayaraq, burda olmaqdan xoşbəxtəm. Geri qayıtdığıma görə şadam".
Hiddink hər futbolçuyla ayrılıqda görüşdüyünü deyib. Holland çalışdırıcı komandanın ilk "dördlük"də qərarlaşmaq perspektivi barədə bunları deyib: "Futbolçularla tək-tək görüşdüm. Onlara vəziyyəti anlatdım. Dedim ki, güzgüdə özünüzə baxın. İlk "dördlük"də qərarlaşmaq? Praktiki olaraq bu mümkündü, ancaq Premyer Liqada bunu etmək çox çətin olacaq".
69 yaşlı mütəxəssis sonda "Çelsi"nin sabiq üzvü Didye Droqbanı yenidən komandada görmək istədiyini deyib.
Xatırladaq ki, bu, Hiddinkin "Çelsi"də ilk işi olmayacaq. Belə ki, hollandiyalı məşqçi 2009-cu ildə də "zadəganlar"ı çalışdırmışdı.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”