“Yaxşı komandanız var, çox xoşuma gəldi. Belə düşünürəm ki, klubunuz çempionatda qarşısına qoyduğu vəzifənin öhdəsindən gələcək”. Apasport.az saytının məlumatına görə, bu sözlər Gürcüstanın “Şukura” klubunun prezidenti Revaz Çelebadzeyə məxsusdur.
Rəhbərlik etdiyi komandanın “Kəpəz”lə yoxlama oyununa (1:1) toxunan sabiq futbolçu Gəncə təmsilçisinin mətbuat xidmətinə matç haqda fikirlərini açıqlayıb: “Xüsusən də, ilk yarıda “Kəpəz”in oyunu baxımlı alındı. Heyətdə yaxşı oyunçular var. Portuqaliyalı legioneri ayrıca fərqləndirmək olar. Oyun nizam-intizamı hiss olunur, bu da məşqçi işindən irəli gəlir”.
Çelebadze SSRİ birinciliyində Tiflis “Dinamo”sunun aparıcı futbolçularından biri olub. İttifaq yığmasına dəvət alıb. SSRİ komandasının heyətində 7 oyuna 4 qol vurub. Moskva Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazanıb. O, vaxtilə “Kəpəz”ə qarşı da oynayıb. Batumi “Dinamo”sunun tərkibində Gəncə təmsilçi ilə matçlarda meydanda olub: “Gəncə klubuna qarşı oynadığım vaxtların üstündən çox illər keçib. Onda futbolçu idim, meydanda mübarizə aparırdım. İndi klub prezidentiyəm, kənardan baxıram. Sizə qarşı oyunlarımız çətin alınırdı. İndi futbol başqadı. Komandanıza uğurlar arzulayıram”.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq