“Onun adı Azərbaycanla oyuna çağırılan siyahıda olacaq”
11.08.2014 - 09:48
“Onun adı Azərbaycanla oyuna çağırılan siyahıda olacaq”

Moskvanın “Spartak” klubunun futbolçusu Artyom Dzyuba sentyabrın 3-də Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək yoxlama oyununa çağırılacaq. Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin sabiq futbolçusu Aleksandr Toçilin açıqlayıb.

 

O bildirib ki, hücumçu millimizə qarşı oynamağa hazırdır: “Dzyuba “Rostov”da keçirdiyi bir ildə futbolçu kimi tam yetişib. Onun adı qarşıdakı matçlara çağırılacaq siyahıda mütləq olacaq. Sentyabrın 3-də Azərbaycanla yoxlama, 8-də Lixtenşteynlə seçmə oyunlarında oynaması isə konkret anda onun özünü necə göstərməsindən asılıdır. Aleksandr Kokorin də mövsümə çox yaşı başlayıb. Millidə ən azı 2 yaşı gənc hücumçular var”.

 

Qeyd edək ki, Rusiya – Azərbaycan matçı “Ximki Arena”da keçiriləcək.