“Partizan”da bəzi problemlər var. Bunu biz Çempionlar Liqasında gördük”. Apasport.az xəbər verir ki, bu sözləri Serbiyanın “Partizan” klubunun sabiq kapitanı Darko Teşoviç deyib.
O, keçmiş komandasının bu mövsüm avrokuboklardakı çıxışından danışıb. Teşoviç Serbiya təmsilçisinin Avroliqanın pley-off mərhələsində “Neftçi”yə rəqib olmasına da münasibət bildirib və şanslarını dəyərləndirib: “Onlar avrokubok yoluna Çempionlar Liqasında başladılar. Amma Bolqarıstan təmsilçisi “Ludoqorets”ə uduzdular. İndi isə Avroliqada mübarizə aparmalıdırlar. Lakin burada da onlar üçün heç də asan olmayacaq. “Partizan” əvvəlki gücdə deyil. Onları “Neftçi” ilə çox çətin oyunlar gözləyir. Ümid edirəm ki, mərhələ keçəcəklər. Mənim 44 yaşım var və “Partizan”a illərimi vermişəm. Onları zəif görmək istəmirəm. Sadəcə indi o qədər də güclü deyillər”.
Qeyd edək ki, “Neftçi” və “Partizan” arasında ilk oyun avqustun 21-də Belqradda, cavab görüşü isə 28-də Bakıda keçiriləcək.