“Partizan”lar qiyama başlayıb, məşqi boykot etdilər
13.08.2014 - 13:26
“Partizan”lar qiyama başlayıb, məşqi boykot etdilər

Avropa Liqasının pley-off mərhələsində “Neftçi” klubunun rəqibi olan Serbiya “Partizan”ı çıxılmaz vəziyyətdə qalıb. Apasport.az saytının məlumatına görə, maliyyə çətinlikləri ilə üzləşən Belqrad təmsilçisinin futbolçuları qiyama qalxıblar.

 

Belə ki, “Partizan”ın oyunçuları dünənki axşam məşqini boykot ediblər. 4 aya yaxındır maaş almayan futbolçular bu yolla klub rəhbərliyinə narazılığını göstəriblər.

 

Nəticədə tərəflər danışıqlar masasına əyləşiblər. Lakin klub nümayəndələri kapitan Saşa İliçin başçılıq etdiyi futbolçulara birmənalı şəkildə mövqeyini göstərib. Klub oyunçulara vermək üçün indi pulunun olmadığını açıqlayıb. Komanda üzvlərinin bundan sonra necə addım atacağı hələ bilinmir.

 

Qeyd edək ki, “Neftçi” və “Partizan” arasında Belqradda baş tutacaq ilk oyun avqustun 21-də keçiriləcək.