PSJ Avropa kuboklarından kənarlaşdıra bilər
27.03.2014 - 21:16
PSJ Avropa kuboklarından kənarlaşdıra bilər

 

 

Fransanın “Pari Sen-Jermen” futbol klubu Avropa kuboklarından kənarlaşdırıla bilər. Apasport.az saytının məlumatına görə, bu addım maliyyə feyr-pleyinin qaydalarına uyğun olaraq atıla bilər.

 

UEFA PSJ-nin Qətərin Turizm Nazirliyi ilə sponsorluq müqaviləsinin feyr-pley qaydalarına uyğun gəlmədiyindən şübhələnir. Bu müqaviləyə görə, Fransa klubu Qətər Turizm Nazirliyindən ildə 200 milyon avro alır.

 

İnformasiyaya görə, artıq aprel ayında UEFA gələn mövsüm PSJ-nin Avropa kuboklarından kənarlaşdırılması ilə bağlı qərar çıxara bilər. Paris klubunun nümayəndələri bununla bağlı şərh verməkdən imtina edirlər.