“Qalatasaray” “Borussiya”nın müdafiəçisini alır
31.08.2015 - 18:01
“Qalatasaray” “Borussiya”nın müdafiəçisini alır

“Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi Dortmund “Borussiya”sı daha bir futbolçusu ilə vidalaşır. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, almanların sağ cinah müdafiəçisi Kevin Qrosskroyts “Qalatasaray”a keçmək üzrədi.

 

“Cim-bom” artıq həm futbolçunun özü, həm də onun klubu ilə anlaşıb. 27 yaşlı futbolçunun bu axşam İstanbula gələrək, yeni klubu ilə rəsmi müqavilə imzalayacağı açıqlanıb.

 

Qeyd edək ki, Kevin Qrosskroyts Almaniya yığması ilə bir dəfə dünya çempionu, “Borussiya”nın heyətində isə 2 dəfə Bundesliqanın qalibi olub.