“Qalatasaray” “Real”la bacarmadı
19.08.2015 - 08:28
Türkiyənin “Qalatasaray” klubu İspaniya “Real”ı ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, oyun 36-cı Santyaqo Bernabeu kuboku çərçivəsində baş tutub.
Bu matçda Madrid təmsilçisi ev oyununda 2:1 hesabı ilə qalib gəlib. Görüşdə hesabı meydan sahibləri açıb. 18-ci dəqiqədə Naço fərqlənib.
İstanbullular fasiləsən sonra Uesli Sneyderin qolu ilə hesabda tarazlıq yaradıb. Hollandiyalı oyunun 53-cü dəqiqəsində fərqlənib.
Matçın taleyi isə görüşün sonlarında həll olunub. Braziliyalı müdafiəçi Marselonun 82-ci dəqiqədə vurduğu qol “Real”a 2:1 hesablı qələbə qazandırıb.
0
0