“Qalatasaray” futbol klubunun baş məşqçisi Roberto Mançininin meneceri Nikola İnnokenti italiyalı mütəxəssisin komandadan ayrılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, menecer nə özünün, nə də Mançininin “Qalatasaray”dan ayrılmaq kimi fikirlərinin olmadığını bəyan edib.
İnnokenti italiyalı baş məşqçinin komandadan ayrılacağı barədə xəbərlərin hamısının yalan olduğunu vurğulayıb: “Mançininin daha 2 illik müqaviləsi var və bu müqavilə başa çatana qədər komandada qalmaq niyyətindədir. Biz mövsüm arasında 2,5 illik müqavilə imzalamışıq və bu müqavilədə İtaliya millisindən təklif gəldiyi təqdirdə gedəcəyi barədə bənd belə yoxdur. Mançini məşqçiliyi dövründə hər zaman uzun müddətli müqavilələr bağlayaraq, uğura imza atmaq istəyir”.