“Qalatasaray” ingilisləri rədd etdi
19.08.2015 - 22:42
“Qalatasaray” ingilisləri rədd etdi

İngiltərənin “Vest Hem” klubu “Qalatasaray”ın hücumçusu Burak Yılmaz üçün türk klubunun qapısını döyüb. Apasport.az saytının məlumatına görə, istanbullular bu təklifdən imtina edib.

 

Bu barədə klub öz rəsmi saytından açıqlama yayıb.

 

Klubdan verilən açıqlamada bildirilir ki, ingilis klubu Türkiyə milli komandasının hücumçusu üçün “sarı-qırmızılar”a təklif etdikləri 5 milyon avro təklif onları qane etmədiyi üçün bu təklif rədd edilib.

 

Ayrıca hücumçunun heç bir kluba satılmayacağı xüsusi vurğulanıb.