“Qalatasaray” Muslera ilə müqaviləni uzatdı
03.06.2014 - 00:49
“Qalatasaray” Muslera ilə müqaviləni uzatdı

 

“Qalatasaray” futbol klubu uruqvaylı qapıçısı Fernando Muslera ilə müqaviləni uzadıb. Apasport.az saytının məlumatına görə, Burak Yılmaz və Seocuk İnandan sonra Muslera ilə də 4 illik müqavilə imzalanıb.

 

Muslera 2018-ci ilə qədər “Qalatasaray”ın qapısını qoruyacaq. 4 il üçün uruqvaylı futbolçuya 13 milyon 200 min avro ödəniləcək. Bundan əlavə, Muslera növbəti mövsümdə hər oyun üçün ayrıca 15 min, sonrakı mövsümlərdə isə 20 min avro alacaq.