“Qalatasaray” növbəti mərhələyə adladı
05.02.2015 - 01:22
“Qalatasaray” növbəti mərhələyə adladı

Türkiyə kubokunda qrup mərhələsinin son turunun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci matç günündə azarkeşlər daha 9 qarşılaşma izləyib.

 

G qrupunda mübarizə aparan "Qalatasaray" doğma azarkeşləri önündə "Balçova Yaşamspor"la üz-üzə gəlib. Səfərdə rəqibinə divan (1:9) tutan “Cim-Bom” bu dəfə aşağı divizion təmsilçisini 3:1 hesabı ilə məğlub edib.

 

Beləliklə, 6 oyundan sonra 12 xal toplayan İstanbul klubu qrupu lider kimi başa vurub. Eyni xala malik olan “Əskişəhərspor” isə 2-ci olub.

 

 

Türkiyə kuboku

Qrup mərhələsi

4 fevral

A qrupu

"Sivasspor" - "Tuzlaspor" - 3:0

Qollar: Yakut, 28, Eneramo, 49, 80

 

"Qaziantep BB" - "Qaziantepspor" - 1:3

Qollar: Sönməz, 57 - Yılmaz, 48-pen, Leal, 72, Yardımcı, 90+3

 

B qrupu

"Keçiörengücü" - "Manisaspor" - 1:2

Qollar: Çoban, 25 - Akyel, 53, Kupeli, 57

 

C qrupu

 

"Samsunspor" - "Mersin İdmanyurdu" - 1:1

Qollar: Arman, 13 - Pedriel, 90

 

E qrupu

"Altınordu" - "Kayserispor" - 0:3

Qollar: Bakış, 19, Kurtuluş, 40, Bakış, 53  

 

G qrupu

"Diyarbakır BB" - "Əskişəhərspor" - 1:0

Qol: Çapar, 44

 

"Qalatasaray" - "Balçova Yaşamspor" - 3:1

Qollar: Öztekin, 33, Aksoy, 60-avtoqol, Pandev, 74 - Say, 13

 

H qrupu

"Konyaspor" - "Gənclərbirliyi" - 0:0

 

"Çizrəspor" - "Girəsunspor" - 0:0