“Mustafa Dənizli və Mirça Luçesku ilə tez-tez görüşürəm. Fatih Terimlə də əlaqə saxlayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Qalatasaray” klubunun İdarə Heyətinin üzvü Əmir Sarıgül deyib.
Klub rəsmisi “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli və digər mütəxəssislərin adının “Cim-Bom”la yanaşı hallanmasına münasibət bildirib: “Onun təcrübəsindən yararlanmağa çalışıram. Amma gündəmimizdə baş məşqçi dəyişikliyi yoxdur. Bəziləri aranı qarışdırmaq, “Qalatasaray”da ab-havanı korlamağa çalışır. Biz isə 2016-cı ilədək texniki heyətdə dəyişiklik etməyəcəyik”.
Qeyd edək ki, baş məşqçi karyerasına məhz “Qalatasaray”da başlayan Dənizli 1987-89 və 1990-92-ci illərdə bu komandanın “sükanı arxasında” olub.