“Qalatasaray”a ikinci Sneyder gəlir
14.02.2015 - 17:56
“Qalatasaray”a ikinci Sneyder gəlir

Türkiyənin “Qalatasaray” klubunun rəhbərliyi yeni transfer etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin bu istəyi Uesli Sneyderin də ürəyincə olub.

 

Belə ki, “cim-bom” Ueslinin qardaşı Rodnini də heyətinə qatmaq niyyətindədi. Hollandiyanın ikinci liqa klubu “Almere Siti”nin 23 yaşlı futbolçusu ilə danışığa başlayan türklər bu transferi sırf Uesli Sneyderi razı salmaq üçün keçirməyə çalışırlar. Qış fasiləsində Sneyderin “Yuventus”a keçidinə razı olmayan “Qalatasaray” rəhbərliyi bu yolla onun könlünü almaq arzusundadı.

 

Qeyd edək ki, Rodninin bir müddət öncə Türkiyənin PTT I liqa klubu “Şanlıurfaspor”a keçidi gözlənilsə də, futbolçu son anda fikrini dəyişmişdi.