“Qalatasaray”da Həmid Altıntop sevinci
17.04.2014 - 21:13
“Qalatasaray”da Həmid Altıntop sevinci

Zədə səbəbindən futbola vida edəcəyi iddia olunan Həmid Altıntop yenidən yaşıl meydana qayıdır. Apasport.az saytının məlumatına görə, Türkiyə millisinin oyunçusu “Qalatasaray”ın son məşqində komanda yoldaşları ilə bir yerdə olub.

 

“Qalatasaray” Türkiyə çempionatının 30-cu turunda oynayacağı “Kasımpaşa” oyununa hazırlıqlara başlayıb. Həmid Altıntop bütün məşqi komandası ilə bir yerdə olub. Onun yaxın oyunlarda yenidən meydana çıxacağı istisna edilmir.

 

Xatırladaq ki, mövsümün əvvəlində ciddi zədələnən Altıntop uzun müddət yaşıl meydanlardan uzaq qalıb. Təcrübəli futbolçunun hətta futbola vidalaşmağa hazırlaşdığı da iddia edilirdi.