Bir vaxtlar “Qalatasaray”ın formasını geyən braziliyalı ulduz Mario Jardel futbol həyatına son qoyan narkotik asılılığından danışıb. Apasport.az saytının məlumatına görə, futbolçu hətta İstanbulda da narkotik qəbul etdiyini etiraf edib.
Jardel çox pis dairəyə düşdüyünü və eyni zamanda sevdiyi qadınla əlaqəsinin sona çatdığını bildirib: “Tək idim, yanımda ola və məni dinləyə biləcək heç kimi yox idi. Mən də xilasımı narkotiklərdə tapırdım”. O, b bataqlığa 1998-ci ildə “Porto”da oynayan zaman düşdüyünü qeyd edib: “Tətillər zamanı çox qəbul edirdim. Komandanın doktorları və fizioterapevtlər durumu bilirdilər. Testlər məşqdən öncə keçirilirdi. Oyunların başlamasına 1 ayı qalmış, bədənimi normal hala gətirmək üçün ara verirdim”.
Jardel 2000/2001-ci illərdə “Qalatasaray” forması geyən zaman da pis vərdişindən əl çəkmədiyini bildirib: “İstanbulda olarkən, həftədə bir dəfə müalicə olunurdum”.