“Qalatasaray”dan “Mançester Yunayted”ə?
02.02.2015 - 14:45
Hollandiya yığmasının üzvü Uesli Sneyder “Qalatasaray”dan ayrıla bilər. Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçinin karyerasını İngiltərə çempionatında davam etdirmək variantı gündəmə gəlib.
Belə ki, Sneyderlə “Mançester Yunayted” yaxından maraqlanır. “Mankunianlar” təcrübəli futbolçuya görə 15 milyon funt-sterlinq xərcləməyə hazırdılar. Sneyderin bu təklifə razılıq verdiyi bildirilir.
Qeyd edək ki, karyerası ərzində “Ayaks”, Madrid “Real”ı və “İnter” klublarının formasını geyinmiş Sneyder 2013-cü ildən “Qalatasaray”ın uğurları üçün çalışır.
0
0