Türkiyənin “Qalatasaray” klubunun yeni baş məşqçisi bəlli olub. Apasport.az saytının xəbərinə görə, bu posta dünya çempionatındakı uğursuzluqdan sonra İtaliya yığmasından istefa verən Çezare Prandellinin təyin olunacağı dəqiqləşib.
“Qalatasaray”ın rəsmi saytında Prandelli ilə danışıqlara başlandığı rəsmən elan olunub. İtaliya və Türkiyə mediası artıq tərəflər arasında anlaşmanın əldə olunduğunu və hazırda kiçik detalların müzakirə edildiyini xəbər verib.
Xatırladaq ki, ötən mövsüm “Qalatasaray”ın baş məşqçisi başqa bir italiyalı mütəxəssis – Roberto Mançini idi. O, yeni mövsüm üçün klubun yüksək transfer büdcəsi ayıra bilməyəcəyini öyrəndikdən sonra istefa verib.