“Qalatasaray”ın baş məşqçisi bu şəxs olacaq?
22.06.2014 - 12:22
“Qalatasaray”ın baş məşqçisi bu şəxs olacaq?

“Qalatasaray” futbol klubunun yeni baş məşqçisinin adı önümüzdəki həftə açıqlana bilər. Apasport.az saytının məlumatına görə, İstanbul klubunun almaniyalı mütəxəssis Tomas Tuhellə danışıqları yekun mərhələyə daxil olub.

 

Tuxel 5 ildir “Maynts” klubunu çalışdırır və Almaniyanın ən ümidverici məşqçilərindən sayılır. Məşqçilərlə bağlı gözlənilməz və səhv qərarları ilə “Qalatasaray” tərəfdarlarının narazılığı ilə üzləşən başqan Ünal Aysal da Tuhellə danışıqlar apardıqlarını təsdiq edib: “Baş məşqçi ilə bağlı 3 namizəd arasında seçim aparırıq. Tuhel də onlardan biridir. Danışıqlarımız uğurla davam edir. Hələ başa çatmayıb. Müqavilə imzalanmayıb. Baş məşqçi problemini bu həftə ərzində həll edəcəyimizi düşünürəm”.