“Qalatasaray”ın Hacısı UEFA anketində 1 nömrə
02.08.2014 - 00:33
UEFA 60 illiyi ilə bağlı “60 ilin ən yaxşı 60 qolu” adlı sorğu keçirir. Apasport.az saytının məlumatına görə, sorğuda rumıniyalı futbolçu Georgi Hacı öndədir.
Səsvermənin nəticələrinə görə, Hacı 2000-ci ildə “Qalatasaray”da oynadığı zaman “Monako”ya vurduğu qola öndədir. Ona 43 min insan səs verib. İkinci yerdə Zinəddin Zidan gəlir. Zidanın “Real Madrid”in heyətində «Bayer»in qapısına vurduğu qol 10 min səs yığıb.
15 iyunda başlayan səsvermə sentyabrın 30-da bitəcək. Qalibin adı oktyabrın 3-də açıqlanacaq.
0
0