“Qarabağ” - “Tvente” matçının vaxtı dəqiqləşdi
12.08.2014 - 11:45
Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” və “Tvente” arasındakı ilk oyunun başlama vaxtı dəqiqləşib. Apasport.az xəbər verir ki, avqustun 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması isə avqustun 28-də Hollandiyada “Tvente Arena”da baş tutacaq.
0
0