“Qarabağ” 4 yubileyin astanasında
25.11.2015 - 09:20
“Qarabağ” 4 yubileyin astanasında

Avropa Liqasının V turunun sabah keçiriləcək oyunu “Qarabağ”ın bir neçə futbolçusu üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, İngiltərə “Tottenhem”i ilə qarşılaşmada 4 yubiley gerçəkləşə bilər.

 

Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov meydana çıxa bilsə, avrokuboklarda 70-ci oyununu keçirəcək. Son vaxtlar zədəli olan müdafiəçinin iştirak edib-etməyəcəyi hələ dəqiqləşməyib.

 

Bundan başqa, Riçard Almeyda 30-cu, qapıçı İbrahim Şehiç avrokuboklarda 25-ci matçına çıxacaq. Çumbinyo isə 15-ə çatacaq.