“Qarabağ” – “İnter” oyununun yeri və vaxtı dəyişdirildi
29.03.2015 - 15:03
“Qarabağ” – “İnter” oyununun yeri və vaxtı dəyişdirildi

Topaz Premyer Liqasının XXVII turunda keçiriləcək “Qarabağ” – “İnter” oyununun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, III dövrənin son qarşılaşması aprelin 1-də deyil, 2-də baş tutacaq.

 

Buna səbəb qarşılaşmanın ev sahibi olan Ağdam təmsilçisinin oyunu “Bakcell Arena”ya köçməsidi. Belə ki, “Qarabağ” bu matçı ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionundan kənarda keçirməlidi. Bu arena I Avropa Oyunlarını qəbul edəcək idman qurğularından biri olduğundan stadionun lazım olan vaxtda hazır vəziyyətə gətirilməsi üçün arena Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin sərəncamına verilib.

 

Lakin aprelin 1-də baş tutmalı olan XXVII turda “Qarabağ” kimi ev oyununu “Bakcell Arena”da keçirən “Neftçi” də öz meydanında oynamalıdı. Bu üzdən də “Qarabağ”ın “İnter”lə görüşü bir gün sonra, aprelin 2-də keçiriləcək. Liderlərin oyunu saat 18:00-da başlamalıdı.