“Qarabağ” – “Neftçi” matçının hakimi müəyyənləşdi
25.04.2014 - 17:43
“Qarabağ” – “Neftçi” matçının hakimi müəyyənləşdi

Topaz Premyer Liqasında XXXII turun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyunu olan “Qarabağ” - “Neftçi” qarşılaşması Fariz Yusifova tapşırılıb.

 

Çempionun taleyinə aydınlıq gətirə biləcək matç gənc FİFA referilərinə deyil, daha təcrübəli fit sahibinə həvalə olunub. “İnter” – “Xəzər Lənkəran” görüşündə isə ədaləti Əliyar Ağayev qoruyacaq.

 

XXXII tur

27 aprel (bazar)

19:00. “İnter” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov 
“Şəfa” stadionu
 

16:00. “Sumqayıt” – “Bakı”
Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev 
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança
 

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Teymur Fərhadov 
Əlavə köməkçi hakimlər: Alik Yunusov, Orxan Məmmədov 
Tofiq Bəhramov adına Respublika stadionu
 

16:00. “Qəbələ” – “Simurq”
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev 
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov 
Qəbələ şəhər stadionu
 

17:00. AZAL – “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Tahir Əhmədov 
“AZAL Arena” stadionu