“Qarabağ” – “Zalsburq” oyununun vaxtı müəyyənləşdi
23.07.2014 - 10:50
Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ” Avstriyanın “Zalsburq” klubu ilə oyununu iyulun 30-da keçirəcək. Bu barədə məlumatı apasport.az saytına klubun meneceri Asif Əsgərov verib.
Qarşılaşmanın başlama saatı da bəlli olub. Belə ki, Qurban Qurbanovun komandası Bakı vaxtı ilə saat 20:30-da meydana çıxacaq.
Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0
0