“Qarabağ” “Bakı” ilə oyuna hazırlaşır
05.02.2015 - 20:01
Topaz Premyer Liqasının XVIII turunda “Bakı”nı qəbul edəcək “Qarabağ” məşqlərini Azərbaycan İdman Akademiyasının futbol meydançasında davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün Ağdam təmsilçisi bir məşqlə kifayətlənib.
Məşqlərdə komanda tam heyətlə çalışarkən sadəcə Braziliyada olan Çumbinyo kollektivdən ayrıdı.
Qeyd edək ki, fevralın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 16:00-da başlayacaq.
0
0