Azərbaycan kuboku tarixində baş tutan 22-ci final oyununda həlledici mərhələdə ən çox iştirak edən komandalar üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın “Neftçi”ni 3:1 hesabı ilə məğlub etdiyi final qarşılaşması rekord və antirekordla əlamətdar olub.
9-cu finalın iştirakçısı olan paytaxt təmsilçisi öz rekordunu yeniləyib. “Qarabağ” isə 7-yə çatmaqla 2-ci pillədəki mövqeyini möhkəmlədib.
Ağdamlılar tarixində 4-cü kuboku əldə edib. Bununla da onlar “Kəpəz”ə çatıb. Hərəyə 4 kubok qazanan əyalət klubları yalnız “Neftçi”dən geri qalır.
Ardıcıl 4-cü dəfə finala qatılıb, daha bir rekordunu yeniləyən “ağ-qaralar” isə həlledici qarşılaşmada ən çox yenilən komandalardan birinə çevrilib. Belə ki, bakılılar 3 dəfə finalda məğlub olub. “Qarabağ”da eyni sayda üzüntü yaşayıb. Antirekord isə “İnter”ə məxsusdu. “Bankirlər” 4 dəfə kuboka doğru son addımda büdrəyib.
|
yer |
klublar |
qalib |
finalçı |
final sayı |
|
1 |
Neftçi |
6 |
3 |
9 |
|
2 |
Qarabağ |
4 |
3 |
7 |
|
3 |
Kəpəz |
4 |
0 |
4 |
|
4 |
Xəzər Lənkəran |
3 |
2 |
5 |
|
5 |
Bakı |
3 |
0 |
3 |
|
6-7 |
Şəfa |
1 |
0 |
1 |
|
|
İnşaatçı B |
1 |
0 |
1 |
|
8 |
İnter |
0 |
4 |
4 |
|
9-10 |
Şəmkir |
0 |
2 |
2 |
|
|
Kür-Nur |
0 |
2 |
2 |
|
11-16 |
Qəbələ |
0 |
1 |
1 |
|
|
Xəzri |
0 |
1 |
1 |
|
|
MKT-Araz |
0 |
1 |
1 |
|
|
Karvan |
0 |
1 |
1 |
|
|
Xəzər L |
0 |
1 |
1 |
|
|
İS |
0 |
1 |
1 |