Topaz Premyer Liqasının XXIV turunda “Qəbələ”ni qəbul edəcək “Qarabağ” hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi oyunöncəsi məşqlərini klubun bazasındakı meydançada keçirir.
Bu gün komandanın bir məşqi olub. Məlum olduğu kimi, hazırda Antalyada təlim-məşq toplanışında olan millimizdə "Qarabağ"ı Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev, Vüqar Nadirov və Namiq Ələsgərov təmsil edir. Bu üzdən ağdamlılar 6 əksiklə hazırlaşır.
Qeyd edək ki, fevralın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu saat 17:00-da başlayacaq.