“Qarabağ” “Rəvan”ı məğlub etdi
15.11.2015 - 14:52
Milli komandaların oyunları ilə əlaqədar olaraq Premyer Liqaya verilmiş fasilədən istifadə edən klublar hazırlıqlarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, ötən mövsümün çempionu “Qarabağ” fürsətdən istifadə edərək, yoxlama oyununda qüvvəsini sınayıb.
Qurban Qurbanovun yetirmələri çempionatımızın autsayderi “Rəvan”la qarşılaşıb.
“İnter Arena”da baş tutan qarşılaşma ağdamlıların minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu uzunmüddətli zədədən geri dönən Cavid Tağıyev vurub. O, 8-ci dəqiqədə fərqlənib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0